Moskva–İrəvan reysində təyyarədə yanğın baş verib
Moskva–İrəvan marşrutu üzrə uçan təyyarənin göyərtəsində uçuş zamanı əl yükü alışıb. Şahidlərin sözlərinə görə, stüardessalar üç yanğınsöndürən balondan istifadə edərək alovu operativ şəkildə söndürüblər.
Crossmedia.az xarici mediaya istinadən xəbır verir.
İlkin məlumata əsasən, çantada olan powerbank alışıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və FlyOne Armenia aviaşirkətinə məxsus təyyarə marşrutu dəyişmədən İrəvanda təhlükəsiz eniş edib.
Səriyyə Tağıyeva
00:04 11.01.2026
Oxunuş sayı: 2002