Motsartın 270 illiyinə həsr olunmuş konsert - Nadir klassik musiqi axşamı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın 270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı” keçirilib.
Crossmedia.az xəbər verir ki, konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda solistlər Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin) və Rəna Rəhimova (viola) çıxış ediblər.
13:48 08.01.2026
Oxunuş sayı: 1322