Bu gün Leyla Bədirbəylinin doğum günüdür
Yanvarın 8-də milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin doğum günüdür.
Crossmedia.az xatırladır ki, 1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli məlumatlar var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.
Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
12:18 08.01.2026
Oxunuş sayı: 1442