ABŞ Avropa İttifaqının əsas müttəfiqi deyil — Borrel
Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Josep Borrel bildirib ki, ABŞ artıq Avropa İttifaqının əsas strateji müttəfiqi hesab edilə bilməz. Onun sözlərinə görə, qlobal geosiyasi reallıqlar dəyişir və bu, Avropanı öz təhlükəsizliyini təmin etmək üçün daha çox məsuliyyət daşımağa vadar edir.
"Biz reallığın yeni bir mərhələsinə qədəm qoyuruq. Bu reallıq getdikcə daha aydın şəkildə göstərir ki, Avropa öz müdafiəsini özü təşkil etməlidir", – deyə Borrel vurğulayıb.
Crossmedia.az xəbər verir ki,Borrelin bu açıqlaması, son illərdə ABŞ və Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginliklər və strateji maraqların fərqlənməsi fonunda səslənib. O, Avropa ölkələrini müdafiə sahəsində daha çox əməkdaşlığa və müstəqil hərbi imkanların gücləndirilməsinə çağırıb.
Ekspertlər hesab edirlər ki, bu cür bəyanatlar Avropa İttifaqının gələcəkdə daha müstəqil xarici və müdafiə siyasəti yürütmək niyyətində olduğunu göstərir. Bu isə NATO daxilindəki güc balansına və transatlantik münasibətlərə təsir göstərə bilər.
Nastya Qəniyeva
22:50 06.01.2026
Oxunuş sayı: 1586