Konqresmen Trampa qarşı impiçment çağırışı etdi
ABŞ Konqresinin üzvü Eyprel Dileyni Konqresin razılığı olmadan Venesuelaya qarşı həyata keçirilən hücuma görə ABŞ prezidenti Donald Trampa qarşı impiçment məsələsinə baxılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Konqresmen bildirib ki, ABŞ Konstitusiyasına əsasən hərbi əməliyyatlarla bağlı qərarlar Konqresin səlahiyyətinə daxildir və bu prosedurun pozulması ciddi hüquqi nəticələr doğura bilər. Onun sözlərinə görə, Trampın bu addımı səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı Ağ Ev hələlik rəsmi açıqlama verməyib.
Fatimə Məmmədova
22:06 06.01.2026
Oxunuş sayı: 1716