Avropa Ukraynaya 30 min sülhməramlı göndərməyi planlaşdırır
Avropa ölkələri Ukraynaya 30 min nəfərlik sülhməramlı qüvvə göndərilməsi imkanını müzakirə edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təşəbbüs mümkün atəşkəsdən sonra təhlükəsizliyin təmin olunmasına yönəlib. Bildirilir ki, sülhməramlıların əsasən ön cəbhədən kənar ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur.
Məlumata görə, plan üzv ölkələr arasında razılaşdırma mərhələsindədir və yekun qərar siyasi-diplomatik proseslərin gedişindən asılı olacaq.
Türkan Kərimli
21:59 06.01.2026
Oxunuş sayı: 1465