“Tramp, Makronu apar”: Fransa fermerlərindən sərt etiraz
Fransada fermerlərin etiraz aksiyaları zamanı diqqətçəkən şüarlar səsləndirilib. Etirazçılar ABŞ-nin prezidenti Donald Trampa müraciət edərək Fransa prezidenti Emmanuel Makronu “aparmasını” istəyiblər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Aksiyaçılar ölkədə kənd təsərrüfatı sahəsində artan xərclər, yanacaq qiymətləri, vergi yükü və hökumətin siyasətindən narazı olduqlarını bildiriblər.
Fermerlər Makron hökumətinin onların problemlərinə biganə yanaşdığını vurğulayaraq istefasını tələb ediblər.
Şüar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub və Fransa daxilində siyasi narazılığın artdığını göstərən simvolik çağırış kimi qiymətləndirilib.
Hökumət tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mehriban İbrahimli
21:30 06.01.2026
Oxunuş sayı: 1961