Litva Ukraynaya əsgər və hərbi texnika göndərəcək
Litva təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya 150-yə qədər əsgər və hərbi texnika göndərmək niyyətindədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yanvarın 6-da Baltik dövləti rəhbərinin müşaviri Asta Skaisgiryte bildirib.
Skaisgiryte qeyd edib ki, "Sülh əldə edildikdən sonra Litva Ukraynaya silah və zəruri hərbi texnika ilə birlikdə 150-yə qədər əsgər göndərməyə hazırdır".
19:32 06.01.2026
Oxunuş sayı: 2267