Ordubad rayonunda Xaraba Gilan şəhər yerinə baxış keçirilib
Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidovun və nazirlik Aparatı əməkdaşlarının iştirakı ilə Xaraba Gilan şəhər yerinə baxış keçirilib.
Crossmedia.az xəbər verir ki, Muxtar respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xaraba Gilan şəhərinin qalıqlarına, Muncuqlutəpə və Mərdangölü nekropollarına, Xaraba Gilan sərdabələrinə baxış zamanı abidələrin yerləşdiyi ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcəkdə Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib.(AZƏRTAC)


18:55 06.01.2026
Oxunuş sayı: 1701