Marneuli bazarındakı silahlı insidentdə yaralanan azərbaycanlı gənc vəfat etdi
Gürcüstanın Marneuli şəhərindəki bazarda baş verən silahlı hücum bölgədə ciddi narahatlıq yaradıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Marneuli bazarında baş verən silahlı insident nəticəsində xəsarət alan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada vəfat edib.
Hadisə zamanı güllə yarası alan atasının vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.
Məlumata görə, ata və oğul insidentin baş verdiyi zərgərlik mağazasının sahibləri olublar və atəş məhz həmin mağazada açılıb. Hadisənin motivi hələlik məlum deyil.
Zeynəb Xuduyeva

17:58 06.01.2026
Oxunuş sayı: 2555