İrəvanda Paşinyanın rəhbərliyi ilə “dini yürüş”ə start verilib
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.
Crossmedia.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir ki, Hökumət başçısının özünün “dini yürüş” adlandırdığı tədbir Ermənistan rəhbərliyinin iştirak etdiyi Müqəddəs Qriqori İlluminator Katedralində Milad liturgiyasından sonra başlayıb. Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edir.
Kortejdə baş nazirlə birlikdə kilsədə Milad liturgiyasında iştirak edən məmurlar da var. Onlara hakim “Mülki Müqavilə” partiyasının digər üzvləri də qoşulub. Onların hamısı Müqəddəs Anna kilsəsinə gedirlər.
14:24 06.01.2026
Oxunuş sayı: 2677