ABŞ Qrenlandiya üzərində nəzarəti yaxın aylarda ələ keçirə bilər
ABŞ-nin Qrenlandiya üzərində nəzarəti yaxın aylarda ələ keçirməsi ehtimalı var.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, belə bir addım noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində, həmçinin ABŞ-nin müstəqilliyinin 250 illiyinə təsadüf edən 4 iyul tarixinə yaxın dövrdə baş verə bilər. Ekspertlər riskin kifayət qədər real olduğunu bildirirlər.
Qeyd olunur ki, bu ssenari reallaşarsa, NATO ilə Avropa İttifaqı arasında münasibətlər Ukrayna məsələsi zamanı yaranan gərginlikdən də daha ciddi şəkildə kəskinləşə bilər. Politiconun yazdığına görə, bu halda Danimarka Kiyevə göstərilən dəstəyə bənzər səviyyədə beynəlxalq dəstək ala bilməyəcək.
Həmçinin qeyd olunur ki, Tramp administrasiyası Qrenlandiya ilə bağlı mümkün bir razılaşma üzərində işləyir. Nəşrin məlumatına görə, hazırda Vaşinqton Danimarka və Qrenlandiya hakimiyyətləri arasında fikir ayrılıqlarını dərinləşdirməyə, adada separatçı meyilləri gücləndirməyə və Danimarka hökumətini kənarda qoymaqla Qrenlandiya rəhbərliyi ilə birbaşa razılaşma əldə etməyə çalışır.
Fatimə Məmmədova
13:50 06.01.2026
Oxunuş sayı: 3303