Araik Arutyunyan erməni Yeparxiyasının nümayəndəsinin bəyanatına münasibət bildirib
Ermənistanın Baş nazirinin Aparatının rəhbəri Araik Arutyunyan İsveçrədəki Erməni Yeparxiyasının yerli rəhbəri, arximandrit Ter Gusan Alçanyanın Koordinasiya Şurasına dəstək verməsi ilə bağlı açıqlamasını şərh edib.
Crossmedia.az xəbər verir ki, hu barədə erməni KİV-ləri məlumat yayıb.
Araik Arutyunyan bildirib ki, Katolikos II Qareginin (Ktriç) İsveçrəyə tez-tez səfər etməsinin səbəblərini ən yaxşı bilən şəxslərdən biri məhz Alçanyandır. O, yerli rəhbərin bu addımını cəsarətli addım kimi qiymətləndirərək alqışladığını qeyd edib.
Qeyd edək ki, İsveçrədəki Erməni Yeparxiyasının yerli rəhbəri, arximandrit Ter Gusan Alçanyan Ermənistan Respublikasının Baş naziri və on ruhani tərəfindən formalaşdırılmış Koordinasiya Şurasının yaradılmasını müsbət qarşıladığını bəyan edib. O, Şuraya qoşulduğunu, qəbul edilən Bəyannamənin məzmununu və yol xəritəsini dəstəklədiyini açıqlayıb.
Fatimə Məmmədova
13:45 06.01.2026
Oxunuş sayı: 2640