Rusiyada azərbaycanlı ailə milli təzyiqə görə Yeni il hədiyyələrindən imtina edib
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı bir ailəyə Yeni il hədiyyələrinin təqdim olunması sosial şəbəkələrdə geniş müzakirələrə və aqressiv reaksiyalara səbəb olub.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yekaterinburqun Dəmir Yolu rayonunun rəhbəri Vitali Perşin “Arzular ağacı” aksiyası çərçivəsində üç uşağın — Əli, Milena və Vaqifin arzularını yerinə yetirib. Qeyd olunur ki, ailə artıq 20 ildən çoxdur Rusiya Federasiyasının vətəndaşıdır.
Lakin rəsmi paylaşım təbriklər əvəzinə nifrət dolu şərhlərlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri ailəni “rusofobiya”da ittiham edib, “Yekaterinburqda rus uşaqları tapılmadımı?” kimi fikirlər səsləndiriblər.
Milli zəminli təhqirlərin artması fonunda uşaqların atası şəhər meriyasına müraciət edərək hədiyyələrin geri götürülməsini xahiş edib. O, bu addımı ailəsinə qarşı yönələn təhqir və təzyiqlərin dayandırılması üçün atdığını bildirib.
Mehriban İbrahimli
12:49 06.01.2026
Oxunuş sayı: 3478