Tramp Maçadonun Nobel mükafatını almamalı olduğunu deyib
ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonu tənqid edib.
Bu barədə Crossmedia.az NBC News telekanalına istinadən xəbər verir.
Tramp müsahibəsində Nobel Sülh Mükafatını nəzərdə tutaraq, “O, bu mükafatı qazanmalı deyildi”, — bildirib.
Bu arada Maçado Nobel Sülh Mükafatını Trampa verməyə hazır olduğunu açıqlayıb. O,
müsahibəsində yanvarın 3-nü “ədalətin tiraniyaya qalib gəldiyi gün” adlandırıb və Nikolas Maduronun ABŞ hakimiyyəti tərəfindən saxlanılmasını bu kontekstdə şərh edib.
“Mən bu mükafatı ona verməyə və onunla bölüşməyə hazıram. Bu, Venesuelada demokratik keçid yolunda tarixi və çox böyük addımdır”, — Maçado qeyd edib.
Türkanə Məşədiyeva
12:50 06.01.2026
Oxunuş sayı: 2556