ABŞ rəsmisi: Dünyada “dəmir qanunlar” gücə əsaslanır
ABŞ-nin prezidenti Donald Trampın administrasiyası rəhbərinin müavini Stiven Miller digər ölkələrə qarşı güc tətbiqinin beynəlxalq münasibətlərin “dəmir qanunları” olduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
CNN telekanalına müsahibəsində Miller deyib ki, beynəlxalq nəzakət və qaydalar haqqında istənilən qədər danışmaq olar, lakin real dünya güc və qüdrət əsasında idarə olunur. Onun sözlərinə görə, məhz bu amil qlobal siyasətdə həlledici rol oynayır.
Miller bu fikirləri Venesuelada hakimiyyət məsələsi ilə bağlı sualı cavablandırarkən səsləndirib. O, ölkənin faktiki rəhbərinin kim olduğu mövzusunda beynəlxalq hüquqdan çox real güc balansının önəmli olduğunu vurğulayıb.
Mehriban İbrahimli
11:53 06.01.2026
Oxunuş sayı: 2479