Parisdə Suriya–İsrail danışıqlarının altıncı raundu başlayıb
Parisdə Suriya və İsrail nümayəndə heyətləri arasında dolayı danışıqların altıncı raundu start götürüb. Görüşlər Fransa paytaxtında beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, danışıqların əsas gündəliyində regional təhlükəsizlik, sərhəd xətti boyunca gərginliyin azaldılması, həmçinin humanitar məsələlər dayanır. Tərəflər qarşılıqlı etimadın artırılması üçün mümkün mexanizmləri də müzakirə edirlər.
Türkanə Məşədiyeva
23:15 05.01.2026
Oxunuş sayı: 3562