Venesuelada rejim dəyişikliyinin qlobal nəticələri var
Venesuelada hakimiyyət dəyişikliyinin nəticələri həqiqətən də qlobal xarakter daşıyır. Nəşrin fikrincə, “Donro doktrinası”nın elan edilməsi və ABŞ Prezidenti Donald Trampın Rusiya və Çinlə yaxınlaşma istiqamətində atdığı addımlar onun aparıcı güclərin təsir dairələrinə əsaslanan dünya nizamına simpatiya bəslədiyini göstərir.
Crossmedia.az bu barədə The Financial Times nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, həm Rusiya, həm də Çin Nikolas Maduronun devrilməsini pisləyib. Bununla belə, ehtimal edilir ki, Çin lideri Si Cinpin Tayvan məsələsində Pekinə daha geniş manevr imkanları verilməsi müqabilində Çinin Venesueladakı təsirindən imtina etməyə hazır ola bilər. Rusiya isə oxşar razılaşmanı Ukrayna məsələsi ilə bağlı gündəmə gətirə bilər.
Günel Verdiyeva
22:13 05.01.2026
Oxunuş sayı: 2533