Tatarıstanda əsgərlərin əmək haqqı 2 milyon rublu ötüb
Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan Tatarıstan sakinləri birdəfəlik 2,9 milyon rubl məbləğində ödəniş ala bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə DOSAAF-ın regional təşkilatı yanvarın 5-də bildirib.
Məbləğə respublika büdcəsindən 2,5 milyon rubl və Rusiya Müdafiə Nazirliyinin 400 min rublu daxildir.
"Müqavilə imzalamaq istəyənlər üçün birdəfəlik maliyyə dəstəyi ilə bağlı yeni qaydalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib", - deyə açıqlamada bildirilir.
21:15 05.01.2026
Oxunuş sayı: 2305