Rusiya ABŞ-ni Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır
Rusiya ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını dərhal azad etməyə çağırır .
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya 5 yanvarda bildirib.
Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, "Venesuelanın qaçırılmış prezidenti Nikolas Maduro və həyat yoldaşının ABŞ-da və bu gündən etibarən Nyu-Yorkda olması barədə təsdiqlənmiş məlumatlarla əlaqədar olaraq, Amerika rəhbərliyini müstəqil dövlətin qanuni seçilmiş prezidentini və həyat yoldaşını dərhal azad etməyə çağırırıq və təklif edirik".
Onun sözlərinə görə, ABŞ və Venesuela arasında yaranan hər hansı ziddiyyət danışıqlar yolu ilə həll olunmalıdır.
20:30 05.01.2026
Oxunuş sayı: 2676