İrəvanda təhlükəsizlik tədbirləri gücləndirilib
Ermənistanın paytaxtı İrəvanda Müqəddəs Sarkis kilsəsinin ətrafına Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub. Bu, ölkənin baş naziri Nikol Paşinyanın liturgiyada iştirak etmək üçün kilsəyə gələcəyi gözlənildiyi vaxta təsadüf edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mümkün insidentlərin qarşısının alınmasına yönəlib. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
Türkanə Məşədiyeva
19:20 05.01.2026
Oxunuş sayı: 1646