İranda yeni etiraz dalğası: “Xameneyi mənim rəhbərim deyil”
Bu səhər İranda sosial şəbəkələrdə “Əli Xameneyi mənim liderim deyil” adlı etiraz kampaniyası start götürüb. Tehrandakı Şərif Texnologiya Universitetinin professoru Əli Şərifi Zarçi “X” hesabında İlam və Məlikşahi şəhərlərinin heşteqləri ilə kampaniyaya dəstək paylaşımı edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Eyni başlıqla İranın tanınmış jurnalisti və insan haqları müdafiəçisi Hadi Mehrani də “X” hesabında paylaşım edərək kampaniyaya qoşulub. Sosial mediada yayılan paylaşımlara görə, bir sıra etirazçı vətəndaşlar da eyni ifadə ilə mövqelərini açıqlamağa başlayıblar.
Kampaniya ölkədə davam edən etirazlar fonunda diqqət çəkir və qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
18:48 05.01.2026
Oxunuş sayı: 1637