Özbəkistan “Beş milyon süni intellekt lideri” proqramını təsdiqləyib
Özbəkistan hökuməti rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığını artırmaq məqsədilə “Beş milyon süni intellekt lideri” proqramını təsdiqləyib. Bu layihə əvvəlki “Bir milyon proqramçı” proqramının davamıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
2026-cı ildə 500 min nəfər süni intellekt sahəsində təhsil alacaq, 2030-cu ilə qədər isə “Özbəkistan – 2030” strategiyası çərçivəsində beş milyon mütəxəssis hazırlanacaq. May ayına qədər beynəlxalq platformaların kursları özbək dilinə çevriləcək.
Motivasiya məqsədilə milli müsabiqə keçiriləcək: 100 müəllim və onların ən yaxşı şagirdləri 1000 ABŞ dolları, 10 müəllim xaricə səfər hədiyyəsi qazanacaq; şagirdlər arasında 500 qalibə noutbuk, 500-ə planşet və digər cihazlar veriləcək; üç universitet mükafatlandırılacaq, iki məktəb isə prezident tərəfindən elektrik avtomobili ilə təmin ediləcək.
18:40 05.01.2026
Oxunuş sayı: 1449