İranda fabrikdə partlayışlar baş verib
Məzenderan əyalətinin Amol şəhərində yerləşən bir zavodda partlayışlar olub.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, partlayışların səbəbi zavod ərazisində baş verən yanğındır.
Hadisə yerinə yanğınsöndürən və xilasedici briqadalar göndərilib. Hazırda ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur.
18:27 05.01.2026
Oxunuş sayı: 1518