Paşinyan Erməni Apostol Kilsəsi ilə bağlı “yol xəritəsi”ni imzalayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan 10 üsyankar yepiskopla Erməni Apostol Kilsəsinin “abadlaşdırılması”na dair sözdə “yol xəritəsi”ni imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan hələ dekabrın 8-də Erməni Apostol Kilsəsinin “yenilənməsi” planını təqdim edərək onu “yol xəritəsi” adlandırmışdı. Baş nazirin təqdim etdiyi bu sənədin bütün ermənilərin katolikosu II Qareginin istefasından sonra icra olunması nəzərdə tutulur. Hakimiyyət dairələri katolikosun vəzifədən getməsinə israrlı şəkildə nail olmağa çalışır və hökumətin kilsə nizamnaməsinin hazırlanmasında da iştirak etməyə hazır olduğu bildirilir.
Katolikos II Qareginin istefasını tələb edən iyerarxlar baş nazirin iqamətgahına gələrək sənədi növbə ilə imzalayıblar. “Üsyankar onluq”dan iki nəfər isə sənədə məsafədən razılıq verib.
Sənəddə aşağıdakı əsas bəndlər yer alır: islahat proqramının ictimai şəkildə elan edilməsi, kilsənin hazırkı rəhbərinin vəzifədən uzaqlaşdırılması, patriarx taxtının müvəqqəti icraçısının seçilməsi, kilsə nizamnaməsinin qəbul edilməsi və bütün ermənilərin yeni katolikosunun seçilməsi.
18:15 05.01.2026
Oxunuş sayı: 1599