Rubio ABŞ-nin Venesuelada quru əməliyyatı keçirmə ehtimalını istisna etməyib
ABŞ dövlət katibi Marko Rubio Venesuelada Amerika silahlı qüvvələrinin quru əməliyyatı keçirməsi ehtimalını istisna etməyib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.
Müvafiq suala cavab verən Rubio qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu kimi məsələlərlə bağlı “həmişə mümkün addımlar paketini əlində saxlayır”. Dövlət katibinin sözlərinə görə, Tramp Konstitusiyaya əsasən ABŞ-a yönələn birbaşa təhdidlərə qarşı tədbirlər görmək hüququna və imkanına malikdir.
“Prezident, şübhəsiz ki, Konstitusiyaya uyğun olaraq ölkəmizə qarşı dərhal yaranan təhlükələrə cavab vermək səlahiyyətinə sahibdir”, – deyə Rubio vurğulayıb.
18:07 05.01.2026
Oxunuş sayı: 1758