İranda etirazlar zamanı yeniyetmələr həlak olub
İranda baş verən etirazlar zamanı ən azı üç yeniyetmə həlak olub, 40-dan çox uşaq isə həbs edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İnsan hüquqları təşkilatı Human Rights Activists in Iran (HRAI) bildirib ki, etirazlar ölkənin 78 şəhərinə yayılıb və ümumilikdə 990 nəfər saxlanılıb. Ölənlərin sayı 20-yə çatıb.
HRAI-nin direktor müavini Skyler Thompson vurğulayıb ki, yeniyetmələrin öldürülməsi halları sənədləşdirilib və bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.
17:37 05.01.2026
Oxunuş sayı: 1871