Tramp Hindistanı neft tariflərini artırmaqla hədələyib
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almasına görə tarifləri qaldıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Crossmedia.az bildirir ki, Tramp Hindistanın Baş Naziri Narendra Modi vəziyyətdən xəbərdar olub və ABŞ-ni qane etmək onun üçün vacibdir.
Tramp əlavə edib ki, ticarət sahəsində ABŞ Hindistan üçün tarifləri çox sürətlə yüksəldə bilər və bu, onlar üçün mənfi nəticələr doğuracaq.
Türkan Kərimli
17:08 05.01.2026
Oxunuş sayı: 1821