Kilsədə qohum təyinatları və gərginlik qalmaqalı
Erməni Apostol Kilsəsi ətrafında yeni qalmaqallı iddialar gündəmə gəlib. Kilsə rəhbərliyində qohumbazlıq və səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı tənqidi məlumatlar yayımlayır.
Crossmedia.az erməni KİV-nə istinadən xəbər verir ki, bu illər ərzində Ktrıç Nersisyanın (II Qaregin) kilsə daxilində özünə yaxın şəxsləri geniş şəkildə yerləşdirdiyi bildirilir.
Məlumata görə, artıq heç kimə sirr deyil ki, Ktrıç Nersisyan bir çox yeparxiyalarda vəzifələrə öz qohumlarını, yaxınlarını, dostlarını və həmvətənlərini təyin edib.
Onun qardaşlarından biri — artıq ifşa olunmuş DTK (KQB) agenti — Rusiya Yeparxiyasının rəhbəridir. Bacısının oğlu isə Araqatsotn Yeparxiyasının başçısıdır. Son vaxtlar Müqəddəs Qriqori Maarifləndirici Kafedral Kilsəsində də onun həmvətəni — xuliqan davranışları ilə tanınan ata Poqosun vəzifəyə təyin olunduğu məlum olub.
Ktrıçın həmvətəni olan ata Poqosa Müqəddəs Qriqori Maarifləndirici kilsəsində liturgiyanın keçirilməsinə mane olmaq kimi “məsuliyyətli” bir missiya həvalə edilib. Bu halda isə sual yaranır: bəs əsl xəyanətkar kimdir?
Belə vəziyyət kilsə daxilində gərginliyi artırır. Bu isə gələcəkdə daha böyük anlaşılmazlıqlara səbəb ola bilər.
Zeynəb Xuduyeva
17:05 05.01.2026
Oxunuş sayı: 1497