Paris məhkəməsi Makronun xanımı barədə saxta xəbərlər yayanları cəzalandırıb
Paris məhkəməsi internetdə Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brižit Makronla bağlı saxta məlumatlar yaymaqda ittiham olunan 10 nəfəri təqsirli hesab edib.
Crossmedia.az xəbər verir ki, bu barədə France Info radiosu mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, təqsirli bilinənlər səkkiz kişi və iki qadındır. Onlar sosial şəbəkələrdə Brijit Makronun guya kişi olaraq doğulduğuna dair şayiələr yayıblar. Məhkəmənin qərarına əsasən, təqsirləndirilənlər üçün maksimum cəza səkkiz ay şərti azadlıqdan məhrumetmə olub.
Qeyd edək ki, prokurorluq məhkəmədən həmin şəxslər üçün altı aydan bir ilə qədər şərti həbs cəzası tələb edib.
Türkan Kərimli
16:25 05.01.2026
Oxunuş sayı: 1478