Venesuela əməliyyatı dolların möhkəmlənməsinə səbəb olub
ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdan sonra neft gəlirlərinin arta biləcəyi gözləntiləri dolların möhkəmlənməsinə yol açıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Venesuelaya qarşı əməliyyatından sonra ölkənin zəngin neft ehtiyatlarının ABŞ iqtisadiyyatı xeyrinə istifadə oluna biləcəyi ehtimalı gündəmə gəlib. Belə ki, bu amil bazarlarda dolların mövqeyini gücləndirib.
Analitiklər hesab edirlər ki, bu addım ABŞ-nin dövriyyəyə buraxdığı böyük həcmdə dolların yaratdığı inflyasiya riskini azaltmaq məqsədi daşıya bilər.
ABŞ dollarının indeks göstəricisi 98,5 həddini keçərək son iki həftənin ən yüksək səviyyəsinə çatıb. İnvestorlar Venesueladakı son hadisələri dəyərləndirməklə yanaşı, bu həftə açıqlanacaq ABŞ iqtisadi göstəricilərinə diqqət yetirirlər.
Bazarlarda hazırda ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bu il bir faiz endirimi edəcəyi gözləntiləri mövcud olsa da, investorlar iki faiz endirimi ehtimalını da nəzərdən keçirir.
Fatimə Məmmədova
16:10 05.01.2026
Oxunuş sayı: 2711