Orban: Macarıstan 2026-cı ildə Ukraynanı maliyyələşdirməyəcək
Macarıstan 2026-cı ildə Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcək və bu məqsədlə Avropa İttifaqının planlaşdırdığı ümumi kredit təşəbbüsünü dəstəkləməyəcək.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə keçirilən geniş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz 2026-cı ildə hərbi münaqişənin davamı naminə Macarıstanın vəsaitlərini Ukraynaya yönəltməyəcəyik. Avropa İttifaqı bu məqsədlə kredit ayırmağı planlaşdırır. Biz bunu dəstəkləmirik”, – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Budapeşt bu mövqeyini açıq şəkildə ifadə edəcək və ölkənin milli maraqlarına zidd olan maliyyə qərarlarında iştirak etməyəcək.
Fatimə Məmmədova
16:04 05.01.2026
Oxunuş sayı: 2423