Rusiyada rus–hind ailələrinin sayı artır
Son dövrlər Rusiyada beynəlxalq nikahların sayı artmaqdadır və bu tendensiyada Hindistanla əlaqələrin güclənməsi xüsusi rol oynayır.
Crossmedia.az xəbər verir ki, Rusiyada rus–hind ailələrinin sayında artım qeydə alınır. Xatırladaq ki, ötən il Hindistanla əldə olunan razılaşmalara əsasən, bu ölkədən, o cümlədən Rusiyanın ayrı-ayrı regionlarına, təxminən 1 milyon mütəxəssisin gəlməsi nəzərdə tutulur.
Gözlənilən mütəxəssis axını Rusiyanın əmək bazarına və sosial mühitinə ciddi təsir göstərə bilər. Bu proses mədəni müxtəlifliyin artmasına və yeni ailə modellərinin formalaşmasına şərait yaradır.
Bu cür dəyişikliklər uzunmüddətli perspektivdə iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Zeynəb Xuduyeva
15:34 05.01.2026
Oxunuş sayı: 2627