Rubinyan Qaregini sərt tənqid edib
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Erməni Apostol Kilsəsinin rəhbəri Qaregin II (Ktriç Nersisyan) kəskin şəkildə tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qaregin II-nin açıqlamaları və fəaliyyəti artıq heç bir əhəmiyyət daşımır.
Onun sözlərinə görə, Qaregin II Ermənistanın maraqları əvəzinə başqa bir tərəfi seçməklə xalqına xəyanət edib. Rubinyan qeyd edib ki, kilsə rəhbəri tövbə etmədiyi və bu xətti davam etdirdiyi halda, yalnız vəzifədən uzaqlaşdırılmamalı, həm də Erməni Apostol Kilsəsindən xaric edilməli və dinə xəyanət ittihamı ilə məsuliyyətə cəlb olunmalıdır.
15:30 05.01.2026
Oxunuş sayı: 3532