İran XİN: Silahlı qüvvələr ölkənin ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai ölkənin ərazi bütövlüyünün qorunması məsələsində İran Silahlı Qüvvələrinin heç bir güzəştə getməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir. O, mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahunun İranda baş verən etirazlara verdiyi dəstəyi milli birliyi sarsıtmaq cəhdi kimi qiymətləndirib.
Bəqai vurğulayıb ki, bu cür mövqelər İran xalqının birliyinə zərər vurmaq məqsədi daşıyır və ölkənin müdafiə mövqeyi dəyişməz olaraq qalacaq.
Türkan Kərimli
15:22 05.01.2026
Oxunuş sayı: 2532