Zelenski Xristi Friləndi Ukraynanın iqtisadi inkişaf məsləhətçisi təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski sabiq Kanada Xarici İşlər naziri və vitse-prezidenti Xristi Friləndi Ukrayna üçün iqtisadi inkişaf üzrə məsləhətçi təyin edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Friləndin investisiyalar və islahatlar sahəsindəki təcrübəsi Ukraynanın dayanıqlığının möhkəmləndirilməsi, ölkənin bərpası və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühümdür.
Mehriban İbrahimli
15:08 05.01.2026
Oxunuş sayı: 2809