Ərdoğan: Qəzzada dayanıqlı sülh üçün məsuliyyət götürməyə hazırıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Qəzza sektorunda dayanıqlı sülhün təmin olunması üçün üzərinə düşən istənilən məsuliyyəti götürməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir. Ərdoğan qeyd edib ki, bölgədə davamlı sabitliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətin birgə və qətiyyətli addımlar atması vacibdir.
Onun sözlərinə görə, Türkiyə humanitar yardım, vasitəçilik və sülh təşəbbüsləri daxil olmaqla, prosesə fəal töhfə verməyə davam edəcək.
Türkan Kərimli
14:50 05.01.2026
Oxunuş sayı: 2778