Zelenski üçün daha bir ŞOK: Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) hazırkı rəhbəri Vasili Malyuk prezidentin birbaşa göstərişi ilə vəzifəsindən istefa verib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, qərar ölkədə təhlükəsizlik strukturlarında aparılan islahatlar və idarəetmədə dəyişikliklər fonunda qəbul olunub.
Bildirilir ki, yaxın vaxtlarda SBU rəhbərliyi ilə bağlı yeni təyinatın açıqlanacağı gözlənilir. Rəsmi Kiyev isə istefanın detalları barədə hələlik əlavə açıqlama verməyib.
Türkan Kərimli
14:43 05.01.2026
Oxunuş sayı: 2676