Ukrayna ordusunun baş komandanının atası Rusiyada müalicə olunur
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin 86 yaşlı atasının müalicəsini Moskva vilayətində yerləşən özəl klinikada özünün ödədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki,məlumata görə, dekabr ayının sonunda Aleksandr Sırskinin atası Stanislav Sırskiyə pnevmoniya diaqnozu qoyulub. İlkin olaraq Vladimir şəhərində olan yaşlı kişi daha sonra vəziyyətinin ağırlaşması səbəbilə Moskva vilayətinə köçürülüb. Həkimlərin müdaxiləsindən sonra onun səhhətini stabilləşdirmək mümkün olub.
Bununla belə, xəstəlikdən sonra Stanislav Sırskinin artıq müstəqil şəkildə hərəkət edə bilməyəcəyi bildirilir. Hazırda onun müalicəsi və reabilitasiyası özəl tibb müəssisəsində davam etdirilir.
Qeyd edək ki, məlumat rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Nastya Qəniyeva
14:33 05.01.2026
Oxunuş sayı: 2309