Cozef Bayden ABŞ-nin keçmiş prezidentləri arasında ən yüksək pensiyanı alır
ABŞ Prezidenti olmuş Cozef Baydenin illik pensiyası 417 min dollar təşkil edir və bu, onun prezident vaxtı aldığı 400 min dollarlıq maaşdan 17 min dollar çoxdur.
Bu barədə Crossmedia.az "Nyu York Post"un yaydığı məlumata istinadən xəbər verir.
Məlumata görə, bu qeyri-adi yüksək məbləğ Baydenin uzunmüddətli dövlət xidmətindən qaynaqlanır. O, əvvəlcə ABŞ senatori, daha sonra vitse-prezident və prezident kimi fəaliyyət göstərdiyindən, bir neçə federal qurumdan eyni anda pensiya alma hüququna malikdir.
Mehriban İbrahimli
14:25 05.01.2026
Oxunuş sayı: 2548