Yaponiya Baş naziri: Venesuelada demokratiyanın tezliklə bərpası vacibdir
Yaponiyanın Baş naziri Sanae Takaichi ABŞ-nin Venesuelada həyata keçirdiyi addımlar, o cümlədən prezident Nikolas Maduronun saxlanılması ilə bağlı suallardan yayınaraq ölkəsinin əsas prioritetini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Yaponiya hökuməti üçün əsas məsələ Venesuelada yaşayan Yaponiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasıdır və bu istiqamətdə bütün aidiyyəti ölkələrlə sıx əməkdaşlıq aparılır.
Takaichi vurğulayıb ki, Venesuelada demokratiyanın tezliklə bərpası və vəziyyətin sabitləşdirilməsi böyük əhəmiyyət daşıyır. O əlavə edib ki, Yaponiya bu məqsədlə beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə birgə fəaliyyətini davam etdirəcək.
Türkan Kərimli
14:20 05.01.2026
Oxunuş sayı: 2522