Venesuela hakimiyyəti Maduronun azad edilməsi üçün xüsusi komissiya yaradıb
Venesuela hakimiyyəti prezident Nikolas Maduronun azad edilməsi məqsədilə xüsusi yüksək səviyyəli komissiya formalaşdırıb. Bu barədə ölkənin informasiya və kommunikasiya naziri Freddi Nyanes məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Nazirlər Şurasının iclasında müvəqqəti prezident tərəfindən prezident Nikolas Maduronun və onun həyat yoldaşının azad olunması üçün yüksək səviyyəli xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilib.
Günel Verdiyeva
11:05 05.01.2026
Oxunuş sayı: 3090