Venesuela hakimiyyəti şənbə günü Karakasda ABŞ hərbçiləri tərəfindən qaçırıldığı iddia edilən ölkənin qanuni prezidenti Nikolas Maduroya yekdilliklə dəstək verməkdə davam edəcək.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mənbə bildirib ki, hakimiyyət strukturları Maduronu dəstəkləmək məsələsində birlik olacaq. Eyni zamanda, Venesuela hökumətinin yüksək vəzifəli rəsmilərinin ölkədə nəzarəti saxladığı qeyd olunur.
Rəsmi Karakas ABŞ-nin bu addımlarını qanuni seçilmiş dövlət başçısının oğurlanması kimi qiymətləndirərək kəskin şəkildə pisləyib.
Nəzrin Abbas