Tramp sabiq həmkarını İran siyasətinə görə tənqid etdi
ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək sabiq prezident Barak Obamanı İranla bağlı siyasətinə görə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp qeyd edib ki, Obama “iyirmi il əvvəl İranın azadlıq döyüşçülərini dəstəkləməyib” və bu addımı ciddi səhv kimi qiymətləndirib. O, hazırkı administrasiyanın həmin səhvi aradan qaldırdığını və İranla bağlı yanaşmanı dəyişdirdiyini bildirib.
Paylaşım “Just the News” nəşrində dərc olunan mövzuya dair məqaləyə keçidlə müşayiət olunub. Tramp yazısında əlavə detallara yer verməsə də, açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.
14:25 04.01.2026
Oxunuş sayı: 3044