Xameneyinin hədələrinə baxmayaraq İranda etirazla davam edir
İranda milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayan etiraz aksiyaları artıq səkkizinci gündür ki, davam edir.
Crossmedia.az xəbər verir ki, Dekabrın 28-də başlayan ölkəmiqyaslı etirazlar paytaxt Tehran da daxil olmaqla bir çox şəhərə yayılıb.
İranın ali rəhbəri Əli Xameneyinin etirazların yatırılacağına dair sərt xəbərdarlıqlarına baxmayaraq, aksiyalar səngimir. Müxtəlif şəhərlərdə “Diktatora ölüm olsun!” şüarları səsləndirilir.
Müstəqil media və insan haqları fəallarının yaydığı məlumatlara görə, təhlükəsizlik qüvvələri tərəfindən kütləvi həbslər aparılır. Xüsusilə ölkənin cənub-şərqində yerləşən Zahedan şəhərində cümə namazından sonra ən azı 10 nəfərin saxlanıldığı bildirilir.
Eyni mənbələrin məlumatına əsasən, etirazlar zamanı Zahedanda azı altı nəfərin həyatını itirdiyi təsdiqlənib.
14:12 04.01.2026
Oxunuş sayı: 2786