Zelenski ABŞ-nin Maduro hərəkətini şərh etdi
Ukrayna rezidenti Volodimir Zelenski ABŞ-nin Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını saxlaması ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə danışan Zelenski bildirib:
"Bəs nə deyə bilərəm? Əgər diktatorlarla bağlı vəziyyət belədirsə, onda Amerika Birləşmiş Ştatları bundan sonra nə edəcəyini bilir."
Zelenskinin sözləri ABŞ-nin Venesueladakı siyasi gedişlərinə dəstək və ya vəziyyətin ciddiliyinə işarə kimi qiymətləndirilir.
10:40 04.01.2026
Oxunuş sayı: 3428