Britaniya və Fransa təyyarələri Suriyada İŞİD obyektini vurub
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Britaniya Hərbi Hava Qüvvələri və Fransa təyyarələri Suriyanın Palmira şəhəri yaxınlığındakı yeraltı obyektə birgə zərbə endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kəşfiyyat təhlili göstərib ki, hədəf İŞİD-in nəzarəti altında olub. İlkin göstəricilərə görə, obyekt uğurla məhv edilib və mülki şəxslərin təhlükə altında olduğuna dair heç bir əlamət yoxdur.
10:27 04.01.2026
Oxunuş sayı: 2903