BMT TŞ Venesuela ilə bağlı təcili iclas çağırır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelaya qarşı başladığı hərbi əməliyyatla bağlı bazar ertəsi günü təcili iclas keçirəcək.
Crossmedia.az Sinxua agentliyinə istinadən xəbər verir ki, iclas bazar ertəsi səhər saat 10:00-da (GMT ilə 15:00) baş tutacaq. Məlumata görə, yanvar ayı üçün BMT Təhlükəsizlik Şurasına rotasiya əsasında Somali sədrlik edir.
Somalinin BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Xədicə Əhmədin sözlərinə görə, təcili iclas ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyat fonunda çağırılıb.
Qeyd edək ki, ABŞ şənbə günü Venesuelaya qarşı əməliyyata başlayıb. İlkin məlumatlara əsasən, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Karakasda saxlanılıb. ayı üçün BMT Təhlükəsizlik Şurasına rotasiya əsasında Somali sədrlik edir.
09:23 04.01.2026
Oxunuş sayı: 3681