ABŞ-nin Venesuelaya hücumu Avropanı parçaladı
ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyat Avropa ölkələri arasında ciddi parçalanmaya səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.
Məlumata görə, ABŞ prezidenti Donald Trampla sıx əlaqələr saxlayan İtaliyanın baş naziri Corciya Meloni Vaşinqtonun addımlarını müsbət qiymətləndirib və əməliyyatı dəstəkləyib.
Fransa Xarici İşlər Nazirliyi isə ABŞ-nin Venesuelaya hücumunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.
Qeyd olunur ki, bu mövqe fərqləri Avropa daxilində xarici siyasət məsələlərində mövcud olan ziddiyyətləri bir daha üzə çıxarıb.
00:05 04.01.2026
Oxunuş sayı: 4907