Ağ Ev Trampın Venesueladakı əməliyyata nəzarət etdiyi görüntüləri yayımlayıb
Ağ Ev ABŞ prezidenti Donald Tramp və ABŞ administrasiyasının yüksək vəzifəli üzvlərinin Venesuelada aparılan hərbi əməliyyatı real vaxt rejimində izlədiklərini əks etdirən görüntülər paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev X sosial şəbəkəsində paylaşım edib.
Ağ Ev sosial mediada "Mütləq Qətiyyət Əməliyyatı" yazıb.
ABŞ prezidenti daha əvvəl Venesueladakı hərbi əməliyyatın Venesuela lideri Nikolas Maduronu ələ keçirmək məqsədi daşıdığını bildirmişdi . Tramp həmçinin onu və həyat yoldaşını ABŞ vətəndaşlarına qarşı "narkoterrorizm"də ittiham etmiş və əlavə etmişdi ki, onlar "Amerika ədaləti" ilə üzləşəcəklər.
23:15 03.01.2026
Oxunuş sayı: 4074